"Rusiya prezidentinin səs tonu soyuq müharibə dövrünün leksikasını xatırladır"
“Gürcüstan Rusiya ilə dostluq münasibətlərinə hazırdır. Bu o zaman mümkündür ki, Gürcüstanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşılsın və ona qarşı aqressiv siyasətdən əl çəkilsin”. Bunu Rusiya prezidenti Dmitri Medvedevin Soçidəki müsahibəsini şərh edən Gürcüstan prezidentinin mətbuat katibi Manana Mancqaladze deyib. Mancqaladze Medvedyevin 2008-ci ilin avqust ayında gürcülərə qarşı etnik təmizlənmə siyasəti, hərbi aqressiya və son nəticədə Gürcüstan ərazisinin işğalına qarşı ədəbsiz münasibətini “təhlükəli siqnal” adlandırıb.
Gürcüstan rəsmisi həmçinin Rusiya prezidentinin ölkəsinə qarşı aqressiyasının digər dövlətlər üçün dərs olması barədə söylədiklərini isə təhlükəli fakt adlandırıb. Mixail Saakaşvilinin mətbuat katibinin sözlərinə görə, Rusiya prezidenti öz müsahibəsi ilə Gürcüstandakı terror aktlarının təşkilatçılarını axtarmaq niyyətində olmadığını açıq şəkildə bildirib.
Mancqalazde onu da vurğulayıb ki, Rusiya prezidentinin səs tonu soyuq müharibə dövrünün leksikasını xatırladır. Mancqalazde bütün bunlara baxmayaraq, rəsmi Tiflisin Moskva ilə danışıqlara hazır olduğunu bildirib.