Məsləhətdir ki, hər kəs oruc tutsun
Bu gün orucluq ayının ilk günüdür. Bəziləri orucu pozan şərtlərdən xəbərdar olsa da, bəziləri bixəbərdi.
İstanbulun axundu Mustafa Çağrıcı haberler.com saytının əməkdaşının suallarını cavablandırıb.
Simsar.az həmin cavabları təqdim edir.
Oruclu adam dənizdə çimə bilərmi?
Axund, bədənə su girmədiyi təqdirdə dənizdə çimməyin orucu pozmadığını deyib: “Bilmədən su udma təhlükəsi ilə üz-üzə qalmamaq üçün dənizə girəndə başınızı suya salmayın. Əgər duş qəbul edən və dənizdə çimən zaman bədənə hər hansı bir maye daxil omursa, orucunuz pozulmur. Oruclu insan çənəsinə qədər suya girib, çıxırsa, tutduğu oruc pozulmaz. Əgər, dənizdə çimdiyi zaman mədəsinə su daxil olsa, orucu pozular, amma buna baxmayaraq, oruca davam etməlidir, yəni, qəzasını tutmalıdır. Müsəlmanlar, mümkünsə bu mövzuda tədbirli olun, oruc vaxtında dənizə girməyin. Azandan sonra da vaxt var, müsəlmanlar tutduğu orucu riskə atmamalıdırlar. Mənim tövsiyəm ondan ibarətdir ki, əgər, mümkünsə hamamlanmağınızı da iftar süfrəsindən sonraya təxirə salın”.
“Allahın əmrləri həm də insanları pis vərdişlərdən xilas edir”
Oruc ibadətinin müsəlmanlarda səbri artırdığını ifadə edən axund ağlı, iradəsi güclü olanların müqəddəs ayda oruc tutduqlarını dilə gətirib: “Səbrli, dözümlü insanlar iradəsini, uca dinimizin buyruqlarına görə istifadə etməyi bacaran şəxslərdir. Ramazanda o adamlar səbrsizlik edir ki, içki, qumar və digər pis vərdişə yiyələniblər. Allahın əmrləri həm də insanları pis vərdişlərdən xilas edir”.
Onlar oruclarını qəzaya saxlaya bilərlər
Axund səfəri olanların, xəstəlik kimi zəruri səbəblərə görə oruc tuta bilməyənlərin digər günlərdə qəza orucu tutmasının vacibliyini deyib: “Xroniki xəstələr, ya da yaşlı olduqlarına görə, oruc tuta bilməyənlər oruc tutmadıqları hər gün üçün bir fitrə miqdarı kəffarə verməlidir. 15 gündən az müddət qalmaq şərtilə, 90 kilometrdən daha uzaq məsafə yol qət edənlər, istəyərlərsə oruc tutmaya bilərlər. Həmçinin uzun və isti yay aylarında həddindən artıq yorucu, maye itkisinə səbəb ola biləcək işlərdə işləmək məcburiyyətində olanlar da oruclarını qəzaya saxlaya bilərlər”.
“Sağlamlığınızı risk altında qoymaq kimi səlahiyyətiniz yoxdur”
Avqustun mövsümün ən isti ayı olduğuna diqqət çəkən axund bu ayda ağır işdə çalışanların aqibətindən danışıb: “Belə bir yerdə işləyən insan oruc tutduğu təqdirdə su itkisi, duz itkisi kimi səbəblərlə xəstəlik tapa bilər. Bu cür ağır vəziyyətdə olanlar həqiqətən oruc tuta bilməyəcək dərəcədə ağır bir iş görürlərsə, oruclarını başqa bir zamana saxlaya bilərlər. Allah buyurur ki, oruc tutmaq sizin üçün xeyirlidir, amma əsla sağlamlığınızı risk altında qoymaq kimi səlahiyyətiniz yoxdur.
Bəzi dərmanlar oruca mane olmur
Axund oruclu insanın diş çəkdirməsini orucu pozmayacağını da deyib: “Diş çəkdirən oruclu adamın ağzına verilən dərman və ya maye onun orucunu pozmur. Dil altı həblər kimi dərmanlar da oruca mane olmur. Endoskopi, kolonoskopi kimi əməliyyatları Ramazandan sonraya saxlamaq yaxşı olar. Əgər həkim '”təcili əməliyyat olunmağınız lazımdır” deyirsə, edin. Mədəyə su və hər hansı bir maddə daxil olmursa, oruc pozulmur. Amma endoskopiya, kolonoskopiya edərkən, hər hansı bir maye verildikdə, o maye mədəyə gedirsə, o təqdirdə oruc pozulur. Belə vəziyyətlərdə oruc pozulursa, yalnız qəzasını tutmaq lazımdır”.
Aynurə