Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SİYASƏT

AZƏRBAYCAN GENERALLARIN SAYINA GÖRƏ ÇİNƏ ÇATIR

150-yə yaxın general olan ölkənin 9 milyon əhalisi var və 20 faiz torpağı işğaldadı

Türkiyənin hakim Ədalət və İnkişaf partiyasının Kütahya Millət vəkili Soner Aksoyun Türk Silahlı Qüvvələrinə yönəli "heç Çin ordusunda bu qədər general yoxdur" tənqidi mübahisə mövzusu olub. Simsar.az-ın məlumatına görə, Türkiyə dünyadakı general sayı sıralamasında səkkizinci sıradadır. Ən az general isə Çin ordusundadır.

1) İngiltərə: 186 min şəxsi heyət, 820 general

2) İtaliya: 180 min şəxsi heyət, 485 general

3) Yunanıstan: 142 min şəxsi heyət, 319 general

4) İspaniya: 129 min şəxsi heyət, 254 general

5) Fransa: 217 min şəxsi heyət, 338 general

6) Almaniya: 188 min şəxsi heyət, 202 general

7) Polşa: 134 min şəxsi heyət, 202 general

8) Türkiyə: 582 min şəxsi heyət, 364 general

9) Amerika: 1 milyon 497 min şəxsi heyət, 498 general

10) Çin: 2 milyon 285 min şəxsi heyət, 191 general

Bəs Azərbaycanda neçə general var? Ölkəmizdəki generalların sayına keçməzdən öncə, bildirək ki, ötən il Rusiyada prezident Dmitri Medvedyev işdə yol verdikləri nöqsanlara görə 17 generalı bir gündə vəzifəsindən azad etdi.

Dünyada elə ölkələr var ki, orada ümumilikdə heç 17 general yoxdur.

Azərbaycan isə birinci Dağlıq Qarabağ müharibəsində Ermənistana uduzmasına baxmayaraq, generalların sayı baxımından korluq çəkmir.
Simsar.az-ın məlumatlarına görə, Azərbaycanda generalların sayı Çindəkindən o qədər də az deyil.

2 milyon 285 minlik şəxsi heyəti üçün Çinin 191 generalı varsa, 100 minlik Azərbaycan ordusunda isə generalların sayı 50-dən çoxdur. Ümumilikdə isə generallarımızın sayı 150-ə yaxındır.

Məsələn, Daxili İşlər Nazirliyinin saytının struktur bölməsində nazir, nazir müavinləri ilə yanaşı, idarə rəisləri də daxil olmaqla 11 general rütbəli işçinin olduği göstərilib.

Müdafiə Nazirliyinin internet saytı “ehtiyatda” olduğundan dəqiq rəqəm öyrənə bilməsək də, hərbi ekspertlərdən bu qurumda 50-yə yaxın generalın olduğunu öyrənə bildik. Məlum oldu ki, onlardan bəziləri ehtiyatdadır.

Ədliyyə Nazirliyində 12 general rütbəsi daşıyan dövlət qulluqçusu var.

Baş Prokurorluqda 10-dan çox general rütbəli dövlət işçisi çalışır.


Dövlət Sərhəd Xidmətində general maaşı
alanların sayı 10-a yaxındır.

Dövlət Miqrasiya Xidmətində də bir neçə general hazırda iş başındadır.

Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Gömrük Komitəsi, Fövqəladə Hallar Nazirliyi, Vergilər Nazirliyində ümumilkdə 40-dan çox general var.

Ekspertlər bildirirlər ki, NATO-nun tələblərindən biri, Azərbaycan kimi ölkələrdə generalların sayını azaltmaqdır.

Avropa ölkələrində general rütbəsi olduqca qiymətli hesab edilir və hər kəsə verilmir. General adını üzərində gəzdirən zabitin adı küçələrə verilir. Hollandiyada belə bir qayda mövcuddur.

Ruslan






1 Avqust, 2011  15:43 Baxılıb: 25571 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16