Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SOSİAL

AYLARIN SULTANI GƏLDİ

Ey Allah, qəmginlərin qəlbini sevindir

11 ayın sultanı, İslam dinin mübarək ayı adını alan orucluq ayı Ramazan daxil olur. Etiqadlı müsəlmanlar İlahi vəzifə - ibadət olaraq bir ay boyunca oruc tutur. Müqəddəs kitabın – Qurani-Kərimin Bəqərə surəsinin 183-cü ayəsində buyurulur: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!”. Bu ayədən aydın olur ki, oruc bütün təkallahlı dinlərdə ibadət olaraq yerinə yetirilib. O cümlədən İslam dinində oruc tutmaq vacib ibadətlər kateqoriyasına aiddir. Yalnız xüsusi hallarda, səhhət və eləcə də təbii olaraq oruc tutması mümkün olamayanlar istisna olmaqla bütün müsəlmanlara Ramazan ayında oruc tutumaq vacibdir. Eyni zamanda, Ramazan ayında üzürlü olaraq oruc tuta bilməyənlər sonrakı il ərzində oruc tutmalıdırlar.


Qeyd olunduğu kimi, Ramazan orucu bəlli bir təqvim boyunca tutulur. Yəni Ramazan ayı başlayandan bitənədək oruc tutulur. Eyni zamanda İslam dinində şəri əməllər Qəməri - ay təqviminə əsasən yerinə yetirilir. O cümlədən Ramazan ayı da yeni ayın (dini terminologiyada yeni ayın hilalı) görünməsi ilə başlayır və 29, yaxud 30 gündən sonra yeni ayın görünməsi ilə başa çatmış hesab olunur.

Orucluq ayının duası

Bu dua mübarək Ramazan ayının hər günündə oxunur:
“Bismilləhir-Rəhmanir-Rəhim. Ya əliyyu, ya əzim, ya ğəfuru, ya rəhim, əntər-rəbbul-əzim, əlləzi leysə kəmislihi şəy və huvəs-səmiul-bəsir və hazə şəhrun əzzəmtəhu və kərrəmtəhu və şərrəhtəhu ələş-şühür və huvəş-şəhrul-ləzi fərəztə siyəməhu əleyy və huvə şəhru rəməzən, əlləzi ənzəltə fihil quran, hudən linnasi və bəyyinəti minəl-hudə vəl furqan və cəəltə fihi ləylətəl-qədr və cəəltəhə xəyrən min əlfi şəhr, fəyə zəl-mənni və lə yumənnu ələykə munnə ələyyə bifəkaki rəqəbəti minən-nar, fimən təmunnu ələyhi və ədxilnil-cənnətə birəhmətikə yə ərhəmər-rahimin.
Əllahummə ədxil əla əhlil quburis-surur, əllahummə əğni kullə fəqir, əllahummə əşbi kullə ca’i, əllahumək-su kullə uryan, əllhumməqzi deynə kulli mədin, əllahummə fərric ən kulli məkrub, əllahummə ruddə kullə ğərib, əllahummə fukkə kullə əsir, əllahummə əslih kullə fasidin min umuril-muslimin, əllahumməşfi kullə məriz, əllahummə suddə fəqrəna bi ğinak, əllahummə ğəyyir suə halina bihusni halik, əllahumməqzi ənnəd-deynə və əğnina minəl-fəqri innəkə əla kulli şey in qədir".

Duanın tərcüməsi belədir:

“Ey uca və əzəmətli Allah! Ey bağışlayan və mehriban Allah! Sən Ulu Rəbbimizsən ki, heç yerdə misli bərabərin yoxdur. Hər şeyi eşidən və görən Rəbbsən. Və bu ay elə bir aydır ki, onu başqa aylardan daha əzəmətli, kəramətli, şərafətli və fəzilətli qərar verdin. Və bu o aydır ki, o ayda oruc tutmağı mənə vacib etdin. Və o, Ramazan ayıdır. Və bu ayda bütün bəşəriyyət üçün hidayət kitabı olan Quranı nazil etdin ki, insanlar haqqı batildən ayıra bilsinlər. Və bu ayda ”Qədr" gecəsini qərar verdin və bu gecəni min aydan da xeyirli etdin. Ey minnət sahibi ki, heç kim Sənə minnət qoya bilməz, mənə minnət qoymaqla Cəhənnəm atəşindən xilas et. Və məni Cənnətə daxil et. Sənin mərhəmətinlə, ey rəhmlilərin rəhimlisi!

İlahi! Qəbiristan əhlinin ruhlarını şad et! Kasıblara var-dövlət əta elə, ya Rəbb! Acları doydur, libası olmayanlara libas əta elə.

İlahi, bütün borcluların borcunu sən əda elə. Ey Allah, qəmginlərin qəlbini sevindir, qəribləri tezliklə vətənlərinə, doğma yurdlarına çatdır, əsirləri tezliklə əsarətdən azad et.
İlahi! Müsəlmanların əməllərində olan nöqsanları islah et. Ya Rəbb! Bütün xəstələrə tezliklə şəfa et. Ya Rəbb! Kasıblığın qarşısını al və bolluğun, firavanlığın qapısını üzümüzə aç, Öz hüsni-camalınla bizə yaxşı əhval-ruhiyyə əta et.
İlahi! Bizim borclarımızı və ehtiyaclarımızı ödə. Özündən başqa heç kimə möhtac eləmə, çünki Sən hər şeyə qadir olan Allahsan".






1 Avqust, 2011  14:45 Baxılıb: 1247 Çap

Bu bölmədə

27 Noyabr, 2024
Sabah leysan yağacaq
18 Noyabr, 2024
Sabah qar yağacaq

XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16