Professor Zekeriya Gülər: “Qərb yalanlarla yaşayır, islam kimi bir dinin terrorla əlaqəsi ola bilməz”
Quranda və hədislərdə cihad anlayışı, Qərb dünyası tərəfindən İslami terror kimi qiymətləndirilir.
Bu fikrin haradan yaranmasına Simsar.az saytı aydınlıq gətirir.
Haber7.com- saytında Türkiyənin məşhur professoru Zekeriya Gülər cihadın nə olduğunu və qərb dünyasında cihadı terrorla niyə səhv salırlar kimi sualları cavablandırıb.
Professorun sözlərinə görə, Qərb dünyasının Quran və Sünnənin, cihad anlayışı ilə terroru bir - birilə əlaqələndirmələri kökündən yanlışdı və qəsdən düşünülmüş bir ideologiyadır: “ İslam kimi bir dinin terrorla əlaqəsi ola bilməz. Qərb dünyası, qurduğu istismar nizamını davam etdirərək, öz işğalçı əməllərini reallaşdırmaq üçün xüsusilə İslamı terrorla əlaqələndirir. Onun şüurlu mənsublarını da terrorist, siyasi islamçı, radikal, kökdən dinci, fundamentalist kimi şablon ifadələrlə tanıdırlar”.
“Qərb yalanlarla yaşayır, Şərq isə doğrular üzərində yatar" – deyən Z.Gülər milyonlarla müsəlman qanının axıdıldığı İraq və Əfqanıstan işğallarını da canlı nümunə kimi göstərir: “Cihad, güc istifadə edərək, təzyiq və təhdidlə İslamı qəbul etdirmək yolu deyil. Necə ki "Dində təzyiq və məcburiyyət yoxdur. İslamı terorla əlaqələndirənlərin özləri insanlara qarşı zorakılıqlar edir, öldürür".
Professor cihadın növlərini sadalayır. Onlar aşağıdakılardır:
a) Dil ilə edilən cihad (əl-cihad əl-dili),
b) Təhsil-təhsil yolu ilə həyata keçirilən cihad (əl-cihad et-ta'lîmî),
c) Maliyyə-iqtisadi yollarla edilən cihad (əl-cihad əl-maliyyə),
d) Nəfs ilə edilə cihad.
Professor bildirir ki, “Həyat cihaddır və mübarizədən ibarətdir" sözü insanın sülh, dirlik və düzənlik içində yaşamasıdır: “Uca Quran, dinin zərurətlərini həyata keçirmənin, fitnənin, yəni rəhmət sahələrinin, insan hüquq və azadlıqlarının qarşısında təzyiq və maneənin olması vəziyyətində, onunla bir şəkildə yəni şərtlərə görə cihadın bu növləri göz qarşısında saxlanılaraq mübarizə edilməsi lazım olduğunu açıqlayır. Necə ki Uca Rəbbimiz belə buyurur. "Ey iman gətirənlər! Barış (dini olan İslam) a tam daxil edin (onu bütün prinsipləriylə həyata keçirin) və şeytanın addımlarına uyğun gəlməyin. Şübhəsiz ki, Şeytan sizin ən açıq düşməninizdir”.
Aynurə