Əsas məsələlərdə iki ölkə arasında razılıq əldə olunmadı
Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb.
Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanı Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.
Ekspertlər Ərdoğanın səfərinin iki ölkə arasında münasibətlərin möhkəmlənməsi baxımından dəyərli hesab etsələr də, qeyd edirlər ki, səfərdə vacib məsələlər ətrafında razılıq əldə olunmayıb. Söhbət Azərbaycan tərəfindən vizanın aradan qaldırılması, Şimali Kipr Türkr Cümhuriyyətinin rəsmi Bakı tərəfindən tanınmamasından gedir. Azərbaycan prezidenti hər iki məsələ ilə bağlı mövqeyini qardaş ölkənin baş nazirinin diqqətinı çatdırıb. Səfər qarşılıqlı anlayışla başa çatıb.
Nabukko neft kəmərilə bağlı isə Azərbaycan prezidenti əvvəlki mövqeyini təkrarlayıb. Bilidirb ki, bu kəmərin çəkilişinə Avropa Birliyi maliyyə ayırmaq istəyində olmadığından rəsmi Bakı bu yükün altına tək girmək istəmir.
RAMİL