Osloda şiddətə qarşı “Gül Yürüşü” gerçəkləşib
Bu gün Norveçin paytaxtı Osloda yüz minlərlə insan dəhşətli terrora qarşı “Gül yürüşü” həyata keçiriblər.
Onlar terrorçu Anders Behring Breivik tərəfindən reallaşdırılan bombalı hücum və silahlı basqında 74 adamın öldürülməsinə qarşı etiraz etmək üçün əllərində güllərlə küçələrə axışıblar.
Simsar.az saytının haberturk.com saytına istinadən verdiyi xəbərə görə, baş tutan nümayişdə minlərlə insan əllərində güllərlə baş vermiş qanlı hadisəyə qarşı üsyan edərək, hadisəni törədənlərə şiddət dolu mesajlar göndəriblər.
Norveçdə hələ də hücum şokunu yaşayan hər kəs, belə bir hadisənin, böyük bir qırğının baş verməsini heyrətlə müzakirə edirlər.
Aynurə