|
DÜNYANIN AXTARDIĞI MƏZAR TÜRKİYƏDƏ TAPILDI
İsa Peyğəmbərin həvvarisi Dənizlidə üzə çıxdı
Hz. İsanın həvarilərindən sayılan Filippusun məzarı Türkiyədə tapılıb. Simsar.az Türkiyə mətbuatına istinadən bildirir ki, tapıntının müəllifi italiyalı professor Françesko Dandria olub.
Türkiyənin Dənizli vilayətinin Herapolis antik şəhərində qazıntı işlərinə rəhbərlik edən Dandria 4 müqəddəs kitabdan biri olan İncildə adı çəkilən və Hz. İsanın 12 həvarisindən biri olan Filippusun məzarını tapdıqlarını açıqlayıb.
Dandria jurnalistlərə açıqlamasında Herapolis antik şəhərində qazıntıların davam etdiyini deyib. Əlavə edib ki, 2 iyuldan bəri apardıqları qazıntı zamanı Hz. İsanın 12 Həvarisinden biri olan Əziz Filippinin müqəddəs əşyalarını saxlamaq üzrə üçün tikilən kilsəni tapıblar: “ ''İllərdir Filippusun məzarını tapmaq üçün səy göstəririk. Bu günə qədər Filippusun məzarı Şəhidlik Təpəsində olduğu sanılırdı. Bir ay əvvəl Şəhidlik Təpəsindəki Filippus Kilsəsinin 40 metr yaxınlığında yeni bir kilsə qalığı gördük. Burada etdiyimiz qazıntılarda Hz. İsanın həvarilərindən Filippusun məzarını tapdıq. Hələ məzarı açmamışıq. Amma bu məzar bir gün mütləq açılacaq. Bu görüş Xristian dünyası və arxeologiya üçün çox əhəmiyyətli olacaq. Xristianlar buraya hacı olmağa gələcək.''
Hz. İsanın 12 həvarisindən biri olan Filippusun xristianlığı yaymaq üçün Herapolisə gəldiyini və Romalılar tərəfindən öldürüldüyünü xatırladan Dandria Qeyd edib ki, strukturda və yazılarda məzarın Filippusa aid olduğu aydın olur. Hz. İsanın 12 həvarisindən biri olan St. Filippus şəhid qəbul edilir. Bu səbəblə adına etdirilən Şəhidlik Təpəsindəki kilsəyə də “Martyrion” deyilər. Arxeoloqlar illərdir Filippusun məzarının bu kilsədə olduğunu düşünürdü. Amma məzarın izi tapıla bilməmişdi. Bir ay əvvəl tapılan kilsə qalıqlarını təmizləyərkən məzara rast gəldik və görkəmli məzarı ortaya çıxardıq.''
Dandria araşdırma nəticəsində Filippusun məzarının Bizans dövrünə təsadüf edən V əsrə aid olduğunu deyib.
RAMİL
27 İyul, 2011 14:59 ⁄ Baxılıb: 1228 ⁄ Çap
Bu bölmədə
|
|
|