Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SOSİAL

"18 JURNALİSTDƏN BİRİNİ ÖLDÜRƏCƏM"

Təhdidə məruz qalanlar arasında əməkdaşımızın da adı var

Dünən ölkədəki bir qrup jurnalistə ilginc bir internet ünvanından məktub gəlib. dadasnanas@rambler.ru ünvanından gələn məktub qələm əhlinə xəbərdarlıq xarakteri daşıyır. Məktubun mətnini nöqtə-vergülünə toxunmadan, olduğu kimi sizə təqdim edirik: “Bu yaxınlarda aranızda bir jurnalistin qanı töküləcək və onun kimi küçəyə öldürülüb atılacaq. Arxasınca narkoman söyləməyin lütfən. Bu xəbəri qulaqardına vurmayın və təsirli də olsa belə olacaq. Bildiyiniz orqandan birbaşa yazıram. Rəşadın necə küçəyə atılmasının sirlərini xaricə çıxa bilsəm, ətraflı yazacam sizə. Kameradan çıxarılan material var əlimdə”. Məktuba EM imzası qoyulub.


Məktubda 18 jurnalistin adı çəkilir və onlardan birinin öldürüləcəyi vurğulanır. Adı siyahıda olan jurnalistlər aşağıdakılardır.
Murad Köhnəqala
Qənimət Zahid
Elşən Şirinov
Ruslan Xəlilov
Elşən Balaxanılı
Rahim Hacıyev
Mirzə Sakit
Pərviz Cəbrayil
Seymur Həziyev
Vidadi Məmmədov
Xəyal Babayev
Sevinc Telmanqızı
Zamin Hacı
Şahvələd Çobanoglu
Həbib Müntəzir
Fikrət Hüseynli
Anar Niftəliyev
Şahin Hacıyev.

Adı siyahıda olan «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid tia.az saytına bildirib ki, siyahını ciddi şəkildə araşdırmaq lazımdır: «Bu siyahını ciddi araşdırmaq lazımdır. Siyahıdan daha çox oradakı bir-iki detal çox maraqlıdır».
Hazırda mühacirətdə olan, «Azadlıq» qəzetinin keçmiş əməkdaşı Fikrət Hüseynli isə düşünür ki, məktub xaricdən göndərilib. «Mənə elə gəlir ki, bu məktub xaricdən göndərilib. Çünki mən bəzi dostlara dedim, onlar məktubun Azərbaycan xaricindən göndərildiyini dedilər. Bu, Rusiyadan da ola bilər. Bütün hallarda ciddi məsələdir».
F.Hüseynli qeyd edir ki, bu, hətta jurnalistlərdə daxili senzura yaratmağa hesablanmış addım və ya hər hansı bir avantura da olsa, ciddi siqnaldır. «Təəccüb etmirəm. Sadəcə, məsələ odur ki, meşəyə gedən ayı ilə rastlaşacağını göz önünə gətirməlidir. Biz də meşəyə gedəndə bunu nəzərə aldığımızdan qorxusu yoxdur».
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev bu təhlükəni real hesab edir. Onun fikrincə, Azərbaycanda hansısa jurnalistin qətli inandırıcıdır: “Azərbaycan kimi ölkədə bunun baş verməsi mümkündür. Qısa müddət bundan əvvəl jurnalistlərin oğurlanması, döyülməsi baş vermişdisə, qətli də istisna etmirəm”.
M.Əliyev hesab edir ki, Azərbaycan jurnalistləri ilə bağlı bütün şirnikləndirmə üsullarına baxmayaraq, araşdırma jurnalistikası hələ də yaşayır, inkişaf edir. Onun fikrincə, son aylar bu sahədə xeyli irəliləyiş olub, ortaya maraqlı faktların çıxıb.
“Yeni Müsavat” qəzetinin köşə yazarı Zamin Hacı bu məktub barədə ilk dəfə ona Facebook sosial şəbəkəsindəki dostlarının xəbər verdiyini dedi. Onun sözlərinə görə, məktub onun çoxdandır aktiv olaraq işlətmədiyi, ikinci dərəcəli elektron poçt ünvanına gəlib: “Dostlar deyəndən sonra həmin ünvana baxıb məktubu tapdım. Buna görə hesab edirəm ki, bu məktubu göndərən qeyri-ciddi adamdır. ”Məlum orqandan" deyərək jurnalistlərə xəbərdarlıq göndərən adam ən azı jurnalistlərin hansı elektron ünvanı işlətdiyini bilməliydi. Yeri gəlmişkən, məktub sosial şəbəkələrdə və media dairələrində yanlış anlaşılıb. Elə anlayıblar ki, guya bu məktub kimə ünvanlanıbsa, onlardan biri öldürüləcək. Sadəcə, bu adam internetdə əlinə keçən jurnalist ünvanlarına bu məktubu yönləndirib və ümumən Azərbaycan jurnalistikasının içindən birinin qətlə yetiriləcəyindən danışıb. Məktubun məzmununa gələndə, burada adı keçən Rəşad adlı narkomanın küçədə ölü tapılması və sair qaranlıq və sayıqlamaya bənzəyir. Çünki jurnalistə məktub yazan adam ona ip ucları da verməliydi. Əgər bunu xəbərdarlıqdan nəticə çıxarılması üçün yazıbsa. Burada isə heç bir aydınlıq gətiriləsi detal yoxdur".
Müsahibimiz Azərbaycan jurnalistlərinə qarşı təhlükəyə gəlincə, bunu belə məktublar olmadan da bildiklərini dedi: “Bunun üçün bizə xüsusi xəbərdarlıq eləməyə və anonim məktub yazmağa ehtiyac yoxdur. Bu təhdidlərin ünvanları var və biz bu ünvanlar kifayət qədər tanıyırıq”.

musavat.com






26 İyul, 2011  14:39 Baxılıb: 1356 Çap

Bu bölmədə

27 Noyabr, 2024
Sabah leysan yağacaq
18 Noyabr, 2024
Sabah qar yağacaq

XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16