Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SİYASƏT

İLHAM ƏLİYEV: "DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ BÖLGƏ ÜÇÜN ƏN BÖYÜK TƏHLÜKƏDİ"

Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb və bir milyondan artıq azərbaycanlı öz doğma torpağından didərgin düşərək qaçqın-köçkün həyatı yaşayır.

İyulun 25-i Bakıda görüş keçirən Azərbaycan və Polşa prezidentləri İlham Əliyevlə Bronislav Komorovski birgə mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinə toxunublar.

Prezident İlham Əliyev deyib: “Mən cənab prezidentə Dağlıq Qarabağ münaqişəsinin həlli yolları və danışıqların indiki vəziyyəti haqqında məlumat verdim. Bir daha demək istəyirəm ki, bu münaqişə bölgə üçün ən böyük təhlükədir, ən böyük ədalətsizlikdir. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyü uzun illərdir ki, Ermənistan tərəfindən pozulub, torpaqlarımızın 20 faizi işğal altındadır. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb və bir milyondan artıq azərbaycanlı öz doğma torpağından didərgin düşərək qaçqın-köçkün həyatı yaşayır.

Məsələ ilə bağlı beynəlxalq təşkilatlar öz mövqelərini bildiriblər. BMT, Avropa İttifaqı, Avropa Parlamenti, Avropa Şurası, ATƏT qətnamələr və qərarlar qəbul edib. Yəni bu qərar və qətnamələr məsələnin həlli üçün hüquqi bazanı yaradır. Əlbəttə, məsələnin beynəlxalq hüquq normaları əsasında, ölkələrin ərazi bütövlüyü çərçivəsində tezliklə həll olunması bölgəyə sülh gətirəcək, əməkdaşlıq gətirəcək və belə olan halda bölgədə bütün proseslər daha da sürətlə və müsbət istiqamətdə inkişaf edəcək”.

Bronislav Komorovski isə Dağlıq Qarabağ münaqişəsinə jurnalistlərdən birinin sualı əsasında toxunub. “Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlaması təkcə Azərbaycan üçün yox, həm də region üçün, bütövlükdə Avropa üçün çox böyük təhlükədir. Yaranmış vəziyyətdən Azərbaycan necə çıxa bilər” sualını Polşa prezidenti belə cavablandırıb: “İlk növbədə mən sizin dərdinizə şərik çıxıram. Çünki burada elə problemlər var ki, regionun bütöv, funksional olmasına maneçilik törədir. Bu regionda, dünya xəritəsinin bu hissəsində Azərbaycan məhz sabitliyə töhfə verən bir ölkə kimi tanınır, sabitlik amili rolunu oynayır. Mən cənab prezidentə dedim ki, hər hansı bir formul olaydı ki, biz bu çətin sualdan bir növ kənara çəkilək.

Dağlıq Qarabağ məsələsinə gəldikdə, istərdik Ermənistan və Azərbaycan arasındakı bu münaqişə sülh yolu ilə həll olunsun. Lakin bizim özümüzün mürəkkəb təcrübəmiz var. Biz bilirik ki, ərazi bütövlüyü məsələsi nə qədər vacibdir. Bu, müqəddəs məsələdir. Amma eyni zamanda xalqların öz müqəddəratının təyin etməsi hüququ da vacibdir. Harada münaqişələr mövcuddur, bu prinsiplər təsdiq edilib. Ən təhlükəlisi odur ki, kimsə coğrafiyadan, siyasi şəraitdən asılı olaraq buna fərqli mövqelərdən yanaşıb.

Bizim Polşada özümüzün ağrılı təcrübəmiz olub. Çox çətin, mürəkkəb tariximiz, keçmişimiz olub. Tarixən bizim torpaqlarımız olub ki, orada etnik və dini azlıqların nümayəndələri yaşayıblar. Demək istəyirəm ki, mənim nəslimdən, “Solidarnost” nəslindən olan insanların ən böyük nailiyyəti ondan ibarətdir ki, biz nifrətin və dözümsüzlüyün aradan qaldırılmasına nail olmuşuq. Çox güclü qonşumuzla münasibətdə Polşanın çox kəşməkəşli tarixi olub. Almaniya, Rusiya, Ukrayna ilə olan münasibətlərimizə xələl gətirən proseslər olub. Amma biz müvəffəqiyyət əldə etdik, bu tarixi çətinliklərdən çıxdıq. İndi isə tamamilə başqa bir mühitdə, inteqrasiya mühitində addımlar atırıq. Bu, Avropaya inteqrasiya mühitidir və tam yeni həyat şəraitidir.

Buna görə də biz onun tərəfdarıyıq və istərdik ki, bu münaqişə ümumiyyətlə aradan qaldırılsın, həll olunsun və bu region xalqları sakit şəraitdə layiqincə yaşasınlar. Bu məqsədlə Minsk qrupu yaradılıb, o, bu məsələ ilə məşğuldur. Lakin mən bildirmək istəyirəm ki, bu münaqişəyə aidiyyəti olan şəxslər əziyyət çəkiblər və istərdim ki, məhz həmin şəxslər özləri desinlər hansı yolla getməliyik. Onlar münaqişənin tənzimlənməsində fəal şəkildə iştirak etsinlər. Bizim üçün olduqca vacibdir ki, insanların qəlbinə yol tapaq, bu regionda yaşayan insanların qəlbinə daha yaxın olaq”.






26 İyul, 2011  14:27 Baxılıb: 1094 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16