Gədəbəydəki təhsil ocağının bərbad vəziyyətdə olmasına rayon rəhbərliyi reaksiya verdi
Bir müddət öncə Açıq Cəmiyyətə Yardım (SOROS) Fondu Gədəbəyin Arıxdam kəndindəki eyniadlı məktəbin acınacaqlı durumundan video-reportaj hazırlayıb, ictimaiyyətə yaymışdı.
Bununla bağlı təşkilatın iyulun 21-də təşkil etdiyi mətbuat konfransında qəzalı məktəb barədə daha geniş məlumat verilib.
Simsar.az-a daxil olan məlumata görə, artıq sözügedən məktəbin söküntüsünə başlanılıb. Məlumatı təsdiq edən kənd sakinləri bildiriblər ki, söküntü işlərini rayon rəhbərliyi həyata keçirir.