O, istintaqa təhvil verilib
Azərbaycanda hərbçi yoldaşını qətlə yetirərək, hadisə yerindən qaçan əsgər tutulub. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev məlumat verib. Onun sözlərinə görə, əsgər Arif Cəfərov saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, iyulun 20-də Müdafiə Nazirliyinin Beyləqanda yerləşən “N” saylı hərbi hissəsində xidmət edən əsgər Cəfərov Arif Şakir oğlu təhlükəsizlik qaydalarını pozduğundan tabeliyindəki silahdan atəş açılıb. Güllə əsgər Yusifov Hikmət Eldar oğluna dəyib və o hadisə yerində həlak olub. Bundan sonra hadisəni törədən əsgər qaçıb gizlənib.