Hadisə Beyləqan ərazisində baş verib
Simsar.az-ın xəbərinə görə, hərbi hissənin əsgəri Cəfərov Arif Şakir oğlu təhlükəsizlik qaydalarını pozduğundan tabeliyindəki silahdan atəş açılıb. Güllə əsgər Yusifov Hikmət Eldar oğluna dəyib və o hadisə yerində həlak olub. Bundan sonra hadisəni törədən əsgər qaçıb gizlənib. Hazırda A. Cəfərovun tapılması üçün tədbirlər görülür.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, kapitan Teymur Abdullayev APA-ya faktı təsdiqləyib.