“Bu ölkəyə getməyin, ordasınızsa, böyük qruplarla toplaşmayın”
İsrail Milli Təhlükəsizlik Şurasının tərkibinə daxil olan Terrorla Mübarizə Qərargahı dünən yaydığı açıqlamada Azərbaycanın yəhudilər üçün “təhlükəli ölkələr” siyahısına salındığını bəyan edib. Simsar.az “İzRus” saytına istinadən bildirir ki, Azərbaycanla yanaşı, Türkiyə və Gürcüstan da bu sırada yer alıb.
Rəsmi açıqlamada deyilir ki, Aralıq dənizi ölkələri və Asiyanın Cənub-şərq ölkələri artıq İsrail vətəndaşları üçün təhlükəli deyil.
“Yalnız Azərbaycan, Türkiyə və Gürcüstan burada istisina təşkil edir. Bu ölkələdə təhlükənin dörd dərəcəsi mövcuddur. İsrail vətəndaşlarına bu ölkələrə getməməyi tövsiyə edirik. Əgər məcburi olaraq səfərə getmisinizsə, o zaman böyük qruplarla toplaşmayın”deyə sənəddə vurğulanır.
Ramil