Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SİYASƏT

ƏLİ HƏSƏNOVUN DEDİYİNİ JURNALİST SƏHV ANLAYIB

Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Türkiyə ilə Azərbaycan arasındakı viza rejiminə dair dediklərinə bir daha aydınlıq gətirdi

Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun Türkiyə ilə Azərbaycan arasında viza rejiminin ləğv olunmamasının səbəbləri barəsində “Today’s Zaman” qəzetinə müsahibəsindəki bəzi fikirlər anlaşılmazlıq yaradıb.

Simsar.az saytı həmin açıqlamanı “Azərbaycan İrandan çəkinib, Türkiyəyə yox dedi” başlığı ilə manşet yazısı edib. Yazıda isə Ə.Həsənovun fikirlərinə istinad edilib. O deyib:

“Biz Türkiyə ilə viza rejiminin ləğvində problem görmürük, amma İran buna kəskin etiraz edərək, ona münasibətdə də eyni addımı atılmasını istədi, əks halda Azərbaycanın Naxçıvanla quru əlaqəsini kəsəcəyinə dair xəbərdarlıqla çıxış etdi”.

Təbii ki, bu açıqlamada kifayət qədər maraqlı məqamlar var və bu məqamlar Azərbaycanın xarici siyasəti barəsində müsbət fikirlərə kölgə salır. Və bir ölkənin rəsmi şəxsinin belə ifadələr işlətməsi inandırıcı görünümür.

Ə. Həsənovun məsələ ilə bağlı APA-ya növbəti açıqlamasını, daha doğrusunu təkzibini oxuyanda məlum olur ki, ilk açıqlamada təhrifə yol verilən məqamlar olub.

Ə.Həsənov deyib: “İran tərəfdən hər-hansı hədə ilə bağlı müsahibədə əks olunmuş fikirlərim jurnalistin sözlərimi yanlış anlaması nəticəsində meydana çıxıb: “Türkiyəli jurnalistlərlə söhbət zamanı onlar viza məsələsini qaldırarkən mən söylədim ki, Azərbaycanla viza rejimini həm Türkiyə, həm İran ləğv edib. Biz də qarşılıqlı şəkildə viza rejimini ləğv etmək üçün hər iki dövlətə eyni vaxtda təxminən oxşar münasibət bəsləməliyik. Buna isə Azərbaycanın texniki cəhətdən hazır olması lazımdır. İran-Azərbaycan, Türkiyə-Azərbaycan sərhədi, Naxçıvandakı keçid məntəqələri isə texniki cəhətdən vətəndaşların kütləvi şəkildə vizasız rejimdə keçidinə hələlik hazır deyil. Sərhəd məntəqələrində vətəndaşların yoxlanma sistemi də buna hazır deyil. Bilirsiniz ki, uzun müddət BMT və digər beynəlxalq qurumlar İran ərazisi vasitəsilə Əfqanıstandan narkotik vasitələrin Azərbaycandan keçməklə Rusiya və digər ölkələrə daşınması haqqında xəbərdarlıqlar edir. Nəzarətsiz Dağlıq Qarabağ ərazisindən İran vasitəsilə narkotik vasitələrin daşınması məsələsi də var. Ona görə də Azərbaycan həm təhlükəsizlik, həm miqrasiya proseslərinin tənzimlənməsi, həm də təhlükəsizliyi ilə bağlı bu tipli məsələlərin təmin olunması anlamında hazırda iki böyük dövlətlə - İran və Türkiyə ilə münasibətdə viza rejimini aradan qaldırmağa hazır deyil. Burada hər-hansı hədə söhbəti jurnalistin yanlış anlaması nəticəsində yazdığı qeydlərdir. Bütövlükdə söhbət ondan gedir ki, Azərbaycan özünün sərhəd-keçid, miqrasiya, təhlükəsizlik məsələləri ilə bağlı texniki cəhətdən hər iki dövlətlə eyni zamanda viza rejimini aradan qaldırmağa hazır deyil”.

Anar İsaoğlu






20 İyul, 2011  17:59 Baxılıb: 1631 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16