“Simsar” jurnalının bir sual, bir cavab” sınağından çıxa bilməyənlər kimlərdir...
92-ildir fəaliyyət göstərərən Azərbaycan Parlamenti bütün müsəlman şərqində Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövrünün ən demokratik prinsipləri əsasında formalaşdırılmış ilk parlament olub. 1918-ci il dekabrın 7-də saat 13.00-da Hacı Zeynalabdin Tağıyevin inşa etdirdiyi qızlar məktəbinin binasında (hazırda Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan Parlamentinin təntənəli açılışı olub. Azərbaycan Xalq Cümhuriyyəti yaşadığı 23 ay müddətində parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılıb, onlardan 230-a yaxını qəbul olunub. "Müsavat" fraksiyasının təklifi ilə Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə onun birinci müavini seçilib.
Hazırda Milli Məclisin 125 deputat yeri var. Xankəndi seçki dairəsi Ermənistan ordusu tərəfindən işğal olunmuş ərazi sayıldığından orda seçki keçirmək mümkün deyil. Ona görə də hazırda Milli Məclisdə 124 deputat fəaliyyət göstərir.
“Simsar” jurnalının “bir sual, bir cavab” sorğusunda cəmi iki nəfər Milli Məclisin neçə deputatı olduğunu dəqiq bildi.
Əməkdar incəsənət xadimi bəstəkar Eldar Mansurov:
- Mən bəstəkaram. Sualınız musiqiyə aid olsaydı, daha yaxşı olardı. Yəqin ki, 100 nəfər.
Xanəndə Firuz Səxavət:
-120 olmalıdır.
Stilist Balaş:
-Bilmirəm.
Şoumen Kamran Həsənli:
-120 nəfər
Xalq artsti Həmidə Ömərova:
-Bilmirəm.
Aparıcı Lalə Əlimuxtarova:
-Milli Məclisin 125 üzvü var.
Jurnalist Türkan Məmmədli:
-Ya 124, ya da 125 olmalıdı.
Şair Baba Vəziroğlu:
-Əlbəttə ki, 125 deputat.
İdmançı Kamil:
-Məncə 158 nəfərdi, bəlkə də 160... Dəqiq bilmirəm.
Əməkdar artist Sənubər İsgəndərli :
- Neçə deputat olmasını neyləyirsiniz? Əsas keyfiyyətdir. Sualı belə qoysaydınız daha yaxşı olardı: Neçə keyfiyyətli deputatımız var?
Vəliyeva Sevinc