Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SİYASƏT

AZƏRBAYCAN İRANDAN ÇƏKİNİB, TÜRKİYƏYƏ YOX DEDİ

Qardaş ölkə ilə viza rejiminin ləğv olunmamasının səbəbi bilindi 

“Biz Türkiyə ilə viza rejiminin ləğvində problem görmürük, amma İran buna kəskin etiraz edərək, ona münasibətdə də eyni addımı atılmasını istədi, əks halda Azərbaycanın Naxçıvanla quru əlaqəsini kəsəcəyinə dair xəbərdarlıqla çıxış etdi”.
Simsar.az-ın məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Türkiyənin “Today’s Zaman” qəzetinə müsahibəsində deyib. 


Ə. Həsənov bildirib ki, Azərbaycan viza rejimini həm Türkiyə, həm də İrana münasibətdə eyni vaxtda qaldırmalıdır: “Amma hazırkı mərhələdə Azərbaycan hökumətinin hər iki dövlətlə viza rejimini eyni vaxtda ləğv etməyə hazır olduğunu düşünmürəm”.


Ə. Həsənov bildirib ki, əsas narahatlıq İran sərhədi və buradan yarana biləcək müxtəlif fəsadlarla bağlıdır. Onu sözlərinə görə, İrandan Azərbaycan vasitəsilə Avropaya 300 tona qədər narkotik vasitə qaçaqmal yolu ilə daşınır və bunun yalnız 5-10 tonunu ələ keçirmək mümkün olur. Nəticədə azərbaycanlı gənclər arasında narkomaniya yayılır.


Azərbaycan rəsmisi habelə deyib ki, İran kimi böyük dövlətlə münasibətdə vizasız rejim siyasəti yürütmək hazırkı mərhələdə Azərbaycanın milli maraqlarına uyğun deyil: “İranda siyasi qeyri-sabitlik bizim tərəfə qaçqın axınına təkan verə bilər. Biz isə kiçik ölkəyik və milli təhlükəsizliyimiz barədə yaxşıca düşünməliyik”.






20 İyul, 2011  15:52 Baxılıb: 1516 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16