270 kənd su altında
Simsar.az-ın İran mətbuatına istinadən veridiyi məlumata görə, İranda subasma baş verib.Hadisə İranın Qərbi Azərbaycan ostandarlığında qeydə alınıb.
İyulun 18-da baş vermiş subasma nəticəsində vilayətin 270 kəndi su altında qalıb, 2600 baş iribuynuzlu heyvan tələf olub, 3000 hektar əkin sahəsi yararsız vəziyyətə düşüb. Onlarla körpü dağılıb, tələfat var. Maku şəhərində içməli suyun təchizatı dayandırılıb, kommunikasiya xətləri kəsilib. Yaranmış vəziyyətlə əlaqədar ərazidə müvafiq işlər görülür.