Atəşkəs dövründə 4 briqada sayı əsgər həlak olub
«Minadan və döyüş sursatlarından zərərçəkənlərin sayı 2500-dən artıqdır. Onlardan 500 nəfərə yaxını dünyasını dəyişib, qalanları əlil olub».
Bunu Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) baş direktoru Nazim İsmayılov APA-ya müsahibəsində bildirib.
Onun sözlərinə görə, ANAMA mina zərərlərindən qorunmaq üçün maarifləndirmə işləri aparır.
Bunun nəticəsində ANAMA-nın fəaliyyətə başladığı ilk vaxtlarda ildə 25-30 insident olduğu halda, son zamanlar hadisələrin sayı dəfələrlə azalıb. Keçən il 3 və ya 4 hadisə olub.
RAMİL