Türkiyə ilə Ermənistan arasında münasibətlər normallaşır
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu və ABŞ-ın dövlət katibi Hillari Klinton İstanbulda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirə aparıblar.
Simsar.az Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, görüşdən sonra keçirilmiş mətbuat konfransında Əhməd Davudoğlu deyib ki, amerikalı həmkarı ilə Cənubi Qafqazdakı vəziyyəti, xüsusilə Azərbaycan və Ermənistan prezidentlərinin Kazan görüşündən sonra Dağlıq Qarabağ münaqişəsinin həllində yaranmış vəziyyət barədə fikir mübadiləsi aparıb.
O bildirib ki, görüşdə Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesini də müzakirə ediblər.