Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

ŞƏKƏRİN QİYMƏTİ HƏDDİNİ AŞDI

Artım 34 faiz qeydə alınıb

Bu barədə BMT-nin Ərzaq və Kənd təsərrüfatı təşkilatı (FAO) məlumat yayıb.

Bildirilir ki, iyunda ərzağın qiyməti 1% artıb. Amma bəzi mallarda bahalaşma daha kəskin olub. Belə ki, iyunda ən çox bahalaşma şəkərin qiymətində qeydə alınıb - 14%. Qiymət artımının əsas səbəbi dünyanın ən böyük şəkər istehsalçısı olan Braziliyada istehsalın aşağı düşməsidir. Bu ölkənin Şəkər Qamışı İstehsalçıları Assosiasiyasının (UNICA) proqnozlarına görə, Braziliyada şəkər qamışının istehsalının bundan sonra da azalması - ötən ilki 33,5 mln. ton əvəzinə 32,5 mln. ton olacağı gözlənilir.

İstehsalın aşağı düşməsi hava şəraitinin pis olması və şəkər plantasiyalarının köhnəlməsi ilə əlaqədardır. Nəticədə analitiklər şəkərin qiymət artımını labüd sayırlar, qiymətlərin isə son 30 ildə ən yüksək həddə çatacağı gözlənilir. Bazarda xammal qıtlığının olması qiymətlərin kəskin artımına səbəb olub. Artıq avqust ayı üçün müqavilələrdə şəkərin qiyməti 34% artaraq 1 funt (440 qram) üçün 27,44 sentə, son məlumatlara görə isə artıq 30 sentə çatıb. Analitiklərin fikrincə, əgər braziliyalı fermerlərin proqnozları düz çıxsa, şəkərin qiyməti 36 sentə, yəni son 30 ildə ən yüksək həddə qalxacaq.

Bundan başqa, düyünün və qarğıdalının da qiymətində artım qeydə alınıb. Düyünün bahalaşmasının səbəbi düyüyə tələbatın artması və dünyanın ən böyük düyü istehsalçısı olan Tailandda qiymətlərin bahalaşmasıdır. Qarğıdalının bahalaşması isə ABŞ-da havaların əlverişsiz keçməsi ilə bağlıdır.

Ekspertlər qiymət artımının başqa ərzaq növlərinə - şokolad, kartof, meyvə və giləmeyvələrə də şamil olacağını bildirirlər. Bunun əsas səbəbləri hava şəraiti, qloballaşma və bağırsaq infeksiyasıdır.

Beynəlxalq Kakao Təşkilatı isə dünyanı şokolad böhranının gözlədiyini bildirib. Təşkilat dünyada şokolada tələbatın artdığını, amma istehsalın azaldığını bildirir. Nəticədə birjalarda kakao-bobların qiymətləri artmaqdadır. Mayda bu məhsulun qiyməti 1 tona görə 3775 dollar olub. Səbəb Kot-d’İvuardakı müharibə nəticəsində bu ölkədən məhsul ixracının dayanmasıdır. Əvəzində yaxşı hava şəraiti və Rusiyadan taxıl ixracına qadağanın ləğvi taxılın qiymətini nisbətən aşağı salıb.






14 İyul, 2011  19:06 Baxılıb: 1800 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16