Samir Kərimoğlu: “İrəliyə doğru addımlayırıq”
Kinorejissor Samir Kərimoğlunun Simsar.az saytına müsahibəsi.
- Azərbaycanda kino mühiti var?
- Artıq bir neçə ildir ki ,dovlət sifarişi ilə maraqlı filmlər cəkilir.
- Müstəqil istehsalçı şirkətlər var, onlar da film çəkmək istəyir. Hətta çəkirlər də. Amma filmlərini satmağa bazar tapmırlar. Siz “kino mühiti var” deyəndə bu faktı nəzərə alırsız?
- . Azerbaycanda kinomotografiya sahəsi. 20 illik durğunluqdan sonra yenidən fəaliyyətə başladı.. Azərbaycan prezidentinin 2007ci il qərarından sonra kino dovlət proqramına daxil edildi və hər il kino cəkilişləri üçün muəyyən budcə ayrilir Bu şərait yaradılıbsa, demək ki, artıq mühit də var. Sadəcə belə tezliklə böyük nəaliyyətlərə çatmaq mümkün deyil.
- Əgər çəkilən filmləri satmaq çox çətindirsə, onda kinoya niyə pul ayrılır?
- Kino mədəniyyətdir. Biz gərək bu mədəniyyətə sahib çıxaq ki, sonar pul qazanmaq barədə düşünək. Əlbəttə bizdə müstəqil istehsalçı yoxdur. Nizami kinoteatrında beynəlxalq festivallar olacaq, böyük kütlə üçün filmlər göstəriləcək. Məhz belə hadisələrlə filmlərə tamaşaçı reaksiyasını öyrənmək olar. Festivalda son 4-5 ildə çəkilən Azərbaycan filmləri göstəriləcək. Təbii ki, bəyəniləcəyi təqdirdə o filmi almaq istəyən şirkətlər olacaq. Düşünürəm ki, irəliyə doğru addımlayırıq, yerimizdə saymırıq. İnkişaf var, gənclərin çəkdiyi filmlər beynəlxalq festivallarda iştirak edir və yüksək dərəcə ilə qayıdırlar. Bu o deməkdir ki, kinomuz var.
- Bu yaxınlarda bizim sayta açqlamalarında Kənan M.M, Şahin Zəkizadə və Aqil M.Quliyev gənclərə film çəkmək imkanı yaradılmadığından şikayət ediblər. Maraqlıdır, rejissorluğa eyni dövrdə gəlmisiz, siz film çəkirsiz, amma onlar yox…
- Onlara ehtiyac var, çünki istedadlıdırlar, gördükləri işlər ortadadı. Hələ ki, secdikləri sahədə basharılıdırlar kino da çəkərlər inşallah. Mən klip dalısıyca qaçmamışam ona görə ki, həmişə kino çəkmək istəmişəm. Ola bilsin onlardan daha tez istəyimə çatmamda bu səbəb də var. Kliplə, reklamla olmur, gərək rejissor filmə can ata. Rejissor , kino çəkməlidir. “Bu meydan, bu ekran” müsabiqəsi var, gənc rejissorlar ilk fəaliyyətlərinə oradan başlayırlar. Baxmayaraq ki mənim cəkdiyim ilk film “Sirat korpusu” tam metrajli idi,men də bu musabiqənin ishtirakçısı olmuşam yalnız musabiqədə qalib(Ganadlarima sıgal cək) gəldikdən sonra Dovlət sifarişi ile film cəkməyə başlamışam, O da “Niyyət” filmidir.
- Bizdə böyük bədii filmə çox az pul ayırırlar. Bu məbləğə çəkilən filmlər də dünya səviyyəli filmlərlə ayaqlaşa bilmir. Rejissoru olduğunuz filmlərin maliyyəsi dünya səvviyəli filmlər çəkməyiniz üçün kifayət edir?
- Hər şey ssenaridən asılıdır. Tarixi film çəkəriksə, ola bilər həmin məbləğ çatmasın. Müasir film çəkiriksə, o məbləğ yetərlidir.
- Filmləri ölkədə nümayiş olunmaq üçün çəkirsiz, yoxsa beynəlxalq festivallara göndərirsiz?
- Əlbəttə yeni filmlər burda nümayiş olunur. Beynəlxalq festivallarda təmsil olunmağımız üçün ayrıca ssenarilər yazılmalıdır. Hazırda sınaq müddətidir. Hələ ki, öz işimizi Azərbaycanda nümayiş etdirək, görəndə ki, biz böyük filmlər çəkə bilirik, o zaman böyük məbləğlər ayrılacaq. Pul önəmli deyil, 1milyonlug film böyük gəlir gətirə bilər əksinə 100 milyonluq film ozunu doğrultmaz
- Amma Hollivudda çəkilən filmlərin təkcə titrlərinə bizim 5 filmimizə ayrılan qədər pul xərclənir…
- Əsas olan ssenari, ideya və rejissor yanaşmasıdır. Əgər fantastika çəkəcəmsə, o zaman, haqlısınız, həmin pul hətta azlıq edir. Bir filmdə eyni avtobus, eyni məkan, eyni ofis, eyni aktyoru çəkmək üçün o qədər də pul lazım deyil. Tarixi filmlərə çox pul lazım olur. “Cavad xan” filmini çəkəndə, həmin filmə yetərincə pul ayrılmışdı.
- Bu yaxınlarda “Bu meydan, bu ekran” müsabiqəsində qalib gələn bir filmə 30 min manata qədər pul ayrılıb. Sonradan bəlli oldu ki, bu film yanmış film hesab olunur. Hətta onun nümayiş olunmasına da qadağa qoyuldu.
-Kino çəkilir, əgər səhvler olursa o tək rejissordan asılı olmur amma yenə də məsuliyyət rejissorun uzərindədir.
- Həmin filmdəki epizodlarda şagirdlərin boynunda qalstuk var, divarda Qorbaçovla, Leninin şəkli yan-yana asılıb, bayırdasa müharibədi. Ermənilər dinc azərbycanlıları qırırlar, insanlar maşınlara doluşub yurdlarını tərk edirlər. Ziddiyyətə baxın: Müharibə vəziyyətində qaçqınlıq həyatı 1992-dən başlayıb, həmin dövrdə nə qalstuk, nə Qarbaçov, nə də Lenin var idi. Yəni qalib gələn ssenari belə olur?
- Ssenari yazılanda orada qalstuk qeyd olunmaya biler bunu rejissor senarisinden sora her ishin mutəxəssisi oz geydlərini edir. Quruluşçu rəssam ,quruluşcu operator, bəstəkar ve sairə. Ardınca digər komanda öz işini görür.filmi tək rejissor yaratmır.
- Belə çıxır ki, sınaq üçün bir neçə film kənara ata bilərik?
-Qısa muddətdə heç kim xarici dili öyrənə bilməz.. Bunun üçün muəyyən vaxt lazımdır. Biz də kino sahəsində çox şey öyrənməliyik.
- Belə deyirlər ki, Mədəniyyət Nazirliyi ssenariyə pul ayıranda hasısa aktyorun baş rolda çəkilməsini təkid edir. İnanaq?
- Xeyr olmayıb. İki qısa, iki tammetrajlı film çəkmişəm, belə bir hadisəylə rastlaşmamışam. Halbuki ərk edib, deyə də bilərlərdilər..
- Sizin həmkarlarınız deyir ki, onlar Mədəniyyət Nazirliyinə dəfələrlə sseanari təqdim etsələr də heç bir nəticəsi olmayıb. Sizdə necədir?
- Pprofessional ssenari problemi hər zaman olub tək bizdə deyil.
- Yaşlı nəslin aktrisa və aktyorlarının çoxunun təcrübəsi var, peşəkardırlar, onları bir dubula da çəkmək mümkündür. Bəs cavanlarla necə işləmək çətin deyil ki?
- Çəkdiyim “Niyyət”filmində gənclərlə işləmişəm. Rejissordan asılıdır. Daha çox aktyor olmayan bir şəxslə işləməyi sevirəm. Çünki mənim üçün önəmli olan obrazdır. Tamaşaçı səssiz olaraq televiziya kanallarında filmə baxanda həmin şəxsin obrazı onu mütləq heyran etməlidir. Artıq həmin şəxsin aktyorluğunu üzə çıxarıb-çıxarmamaq rejissordan asılıdır.
- Son dövlər çəkilən Azərbaycan filmlərindən bəyəndiyiniz olubmu?
- Yavər Rzayevin “İlahi məxluq” adlı tammetrajlı bədii filmi çox gözəldi.
- Filmlər çəkilir, bəs biz niyə görmürük?
- Nizami kinoteatrının açılışından sonra göstəriləcək.
- Sizcə bu gedişlə neçə ilə Azərbaycanda kino mühiti formlaşacaq?
- Maksimum 5 ilə. Əgər biz son 5 ildə bu səviyəyə gəlib çıxmışıqsa, deməli inkişaf edirik.
- Hazırda film çəkirsiz?
- Bəli, “Mən evə qayıdıram” adlı tammetrajlı filmin çəkilişləri bitib, artıq montajdadır. Tanınmış aktyorlardan Fuad Poladov və Yaşar Nuri də filmdə iştirak edir.
- Azərbaycan məkan olaraq, film çəkmək üçün əlverişlidir?
- Əlverişlidir, amma heyif ki butun donəmlər üçün deyil,, İnşallah yaxın gələckdə kino sahəsində hec bir problemimiz olmayacağına əminəm
Aynurə Həsənova