Mahmud Hacıxəlilov: “Bu gün azərbaycanlıların yarısı qədər orada erməni familiyası qalmayıb”
Gürcüstan-Ukrayna Müstəqil Universitetinin rektoru Mahmud Hacıxəlilov “Azadinform” saytının suallarını cavablandırıb. Rektor, Gürcüstanda yaşayan həmyerlilərimizin ümumi vəziyyətindən, yaşayaşısından söhbət açıb.
O, Gürcüstan iqtisadiyyatının ölkəmizə nisbətdə zəif olduğuna diqqət çəkərək, deyib ki, bu gün Gürcüstandakı soydaşlarımız Azərbaycandakılar kimi yaşaya bilmir. Səbəb, Gürcüstanın Azərbaycanla nisbətdə kasıb olmasıdır : “Bu gün Gürcüstanda sosial problemlərdən biri də işsizlikdir. Bu, azərbaycanlıların, xüsusən də gənclərin Gürcüstanı tərk etmələrinə səbəb olur. Bu səbəbdən də hazırda Gürcüstanda yaşayan azərbaycanlı gənclərin təhsilə axını azalır”.
M.Hacıxəlilov həmçinin qonşu ölkədə yaşayan ermənilərin vəziyyətini də şərh edib. Onun sözlərinə görə, son 5-6 ildə əksər erməni ailələri soyadlarını gürcü soyadlarına dəyişiblər: ”Bu gün Gürcüstanda ermənilər “buxarlanır”. Bununla onlar gürcülər arasında assimilyasiya olub əriyirlər. Bu gün azərbaycanlıların yarısı qədər orada erməni familiyası qalmayıb”.
Aynurə