“Mən düşünürəm ki, dünən Obama özünü axmaq kimi göstərdi”
Məşhur amerika jurnalisti və MNSBS-i kanalının aparıcısı Mark Xalperin birbaşa yayımda ABŞ prezidentini təhqir edib. Simsar.az saytı İTAR-TASS-a istinadən xəbər verir ki, hadisə qalmaqal yaradıb.
Hadisə dünən axşam “Səhər Cosu” verilişi zamanı Xalperin digər aparıcılarla birgə Barak Obamanın bir gün əvvəlki çıxışını müzakirə edəndə baş verib. Mark verilişin ənənəvi 7 saniyəlik ləngiməylə efirə getməsindən əmin olduqdan sonra, teletamaşaçıların onu duymadıqlarını düşünərək, prezidentin nitqi barəsində fikir söyləmək istəyib.
O, deyib: “Mən düşünürəm ki, dünən o (Obama) özünü axmaq kimi göstərdi”. Xalperinin sözlərini bütün ölkə eşidib. Aparıcı dərhal üzr istəməyə başlayıb: “ Mən belə deməməliydim.Mən prezidentdən və bütün tamaşaçılardan üzr istəyirəm.”
Bir neçə saat sonra telekanal rəsmiləri də üzr istəyib: “Mark Xalperinin bu səhər dediyi sözlər tamamilə yersizdir və yolverilməzdir. Biz prezidentdən, Ağ evdən və bütün tamaşaçılarımızdan üzr istəyirik”.
Şirkət rəhbərliyi bəyan edib ki, Mark qeyri-müəyyən müddətə işdən kənarlaşdırılıb. Qərara etiraz etməyən aparıcı öz cəzasını “tamamilə ədalətli” adlandırıb: “Mənim etdiyim yolverilməz haldı və mən cox təəssüf edirəm”.
Bu, “Səhər Cosu” teleşousunda birinci belə hadisə deyil. Digər aparıcı Mika Brazinski - bu il birbaşa yayımda "şirnutsya”-(iynələnmək) sözünü istifadə edərək “günün qəhrəmanı” oldu. Ancaq pis şöhrəti – 7 saniyə çəkdi 2008-ci ildə üçüncü aparıcı Co Skarboro belə bir taleyi yaşamalı oldu. O, efirdə, qeyri-normativ ingilis leksikonuna aid olan “F” hərfi ilə başlanan sözü istifadə edib.
Elnarə Hənifəyeva