Bu barədə Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryan bildirib.
Yaxın gələcəkdə Ermənistanda silah istehsal edəcək 9 rus-erməni müştərək müəssisəsi açılacaq. Ermənistan KİV-inin verdiyi məlumata görə, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryan bildirib.
Həmin müəssisələrin nə istehsal edəcəyi barədə açıqlama verməyən A. Baqdasaryan deyib ki, Azərbaycanla hərbi balansı saxlamaq üçün Ermənistan öz hərbi arsenalının adekvat gücləndirilməsini həyata keçirir. O, Ermənistanın bu addımı həmin məqsədlə atdığını gizlətməyib