Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SİYASƏT

AZƏRBAYCANDAN FƏLƏSTİNƏ BÖYÜK DƏSTƏK

İsraillə dostluq münasibəti olan rəsmi Bakı Fələstinin müstəqil dövlət olmasını istəyir 

Fələstin prezidenti Mahmud Abbasın Azərbycana səfəri davam edir. Dünən Azərbaycan prezidenti İlham Əliyevlə Fələstin prezidenti Mahmud Abbas birgə mətbuat konfransı keçiriblər. 

İ.Əliyev bildirib ki, Fələstin Dövlətinin Prezidenti ilk dəfədir Azərbaycana rəsmi səfərə gəlir. Onun sözlərinə görə, xalqlar arasında əlaqələrin böyük tarixi var: “Əsrlər boyu xalqlarımız bir-birinə böyük rəğbətlə yanaşıb. Münasibətlərimizin indiki mərhələsində ikitərəfli əlaqələrin inkişafı üçün çox yaxşı imkanlar var. Biz istəyirik ki, bütün sahələrdə əlaqələrimiz inkişaf etsin və bu inkişaf hər bir istiqamətdə özünü göstərsin. Bizim siyasi əlaqələrimiz çox yüksək səviyyədədir. Sizin Azərbaycana səfəriniz bunun bariz nümunəsidir. Bir neçə ay bundan əvvəl Fələstin Dövlətinin Azərbaycandakı səfirliyi öz işinə başlayıb. Bu da çox mühüm hadisədir. Əminəm ki, səfirliyin fəaliyyəti nəticəsində ikitərəfli əlaqələrimizin inkişafı üçün yeni imkanlar müəyyən ediləcək”.

Prezident İlham Əliyev bildirib ki, rəsmi Bakı Fələstində iqtisadi sahədə də yaxşı əməkdaşlığa tərəfdardır.

Dövlət başçısı məlumat verib ki, Mahmud Abbasla danışıqlarda regional məsələlər və dünyada gedən proseslər, Fələstin-İsrail danışıqlarının indiki mərhələsi ilə əlaqədar fikir mübadiləsi aparılıb:

“Bir daha demək istəyirəm ki, Azərbaycan bütün beynəlxalq təşkilatlarda Fələstin Dövlətini dəstəkləyir. İslam Konfransı Təşkilatında, Birləşmiş Millətlər Təşkilatı çərçivəsində aparılan bütün müzakirələr zamanı Azərbaycan Fələstinin yanındadır və bundan sonra da belə olacaq. Biz hesab edirik ki, tezliklə müstəqil, suveren Fələstin Dövləti yaradılmalıdır və onun paytaxtı Şərqi Qüds şəhəri olmalıdır. Bu, bizim mövqeyimizdir və bütün beynəlxalq təşkilatlarda biz bu mövqeyi müdafiə edirik, müdafiə edəcəyik. Bu, bir tərəfdən bizim qardaşlıq borcumuzdur, digər tərəfdən, bu mövqe beynəlxalq hüquq normaları əsasında formalaşıb. Dünya miqyasında Fələstin Dövlətinə verilən dəstək və bu dəstəyin artması onu göstərir ki, Sizin diplomatiyanız, siyasi təşəbbüsləriniz, şəxsən Sizin fəaliyyətiniz dünya miqyasında çox böyük rəğbətə malikdir”.

Prezident İlham Əliyev deyib ki, fələstinli həmkarına Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların son mərhələsi haqqında məlumat verib: “Uzun illərdir ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü pozulub. Bir milyondan artıq qaçqınımız, köçkünümüz var. Torpaqlarımızın 20 faizi işğal altındadı. Azərbaycanlılar doğma torpaqlarında etnik təmizləmə siyasətinə məruz qalıblar. İşğal edilmiş torpaqlarda bütün binalar dağıdılıb. Məktəblər, xəstəxanalar, muzeylər, tarixi abidələrimiz, dini abidələrimiz ermənilər tərəfindən dağıdılıb. Beynəlxalq aləm bizim mövqeyimizi dəstəkləyir. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası məsələ ilə bağlı dörd qətnamə qəbul edib. Qətnamələrdə göstərilir ki, Ermənistanın işğalçı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. Əfsuslar olsun ki, bu günə qədər Ermənistan tərəfi bu qətnamələrə məhəl qoymur. Digər beynəlxalq təşkilatların mövqeyi də oxşardır. İslam Konfransı Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası, ATƏT buna oxşar qərar və qətnamələr qəbul etmişlər. Beləliklə, məsələnin həlli üçün hüquqi əsaslar kifayət qədər möhkəmdir. Mən əminəm ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək. Biz istəyirik ki, bunu tezliklə və sülh yolu ilə həll edək”.

İlham Əliyev Azərbaycan tərəfinin Mahmud Abbasın səfərinə çox böyük əhəmiyyət verdiyini bildirib. Onun fikrincə, bu səfər ölkələrimizin tarixində birinci səfər kimi qalsa da, bundan sonra da səfərlər olmalıdır.






29 İyun, 2011  15:48 Baxılıb: 1392 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16