Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Radiotezliklər İdarəsi ölkənin aparıcı supermarketlər şəbəkələrindən birinin - “Bravo”nun sahibi olan “Azərbaycan Supermarket” MMC-yə (VÖEN - 1403051411 ) qarşı məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com xəbər verir ki, məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın icraatına verilib.
Məhkəmə iddiasının müqavilədən gələn öhdəliklərlə bağlı olduğu bildirilir.
Məlumat üçün bildirək ki, “Azərbaycan Supermarket" MMC 2015-ci ilin fevral ayının 27-də dövlət qeydiyyatına alınıb. “Bravo” supermarketləri ölkənin ən böyük şirkəti hesab olunan “Paşa Holdinq”ə bağlıdır.