Xəbər verdiyimiz kimi, Beynəlxalq Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Araşdırılması üzrə Jurnalistika Layihəsi - OCCRP SOCAR-ın keçmiş rəhbəri Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayevin Londonda 20 milyon dollardan çox qiyməti olan mülkiyyətinin olduğunu üzə çıxarıb. R.Abdullayevin aldığı “ultrabahalı” mülk Londonun prestijli “Grosvenor Square” adlanan ərazisində yerləşir.
Yeniavaz.com xəbər verir ki, “Grosvenor Square” Londonun Meyfeir rayonundakı böyük bağ meydanıdır.
Bağ 18-ci əsrdə dəbli yaşayış üçün hazırlanıb.Meydanın ərazisində yerləşən bəzi tarixi binalar diplomatik məqsədlər üçün istifadə olunsa da, hazırda bir çoxu kommersiv tərəfdən fəaliyyət göstərir.
Ərazidə “Macdonald House”, İtaliya səfirliyinin arxa girişi, “London Marriott Hotel Grosvenor Square”, ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş binası, ABŞ səfirliyinin keçmiş binası (hazırda “Rosewood Hotels” tərəfindən lüks otelə çevrilir), “Biltmore Mayfair” hoteli kimi prestijli tikililər yerləşir.
OCCRP-nin yaydığı məlumatda qeyd olunur ki, R. Abdullayevin aldığı mənzil ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş binasında yerləşir.