Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun istefa verdiyi deyilir. Simsar.az xəbər verir ki, bu barədə APA məlumat yayıb.
Bildirilib ki, o, bu gün Ali Məclisin iclasında istefa verdiyini açıqlayıb.
Qeyd edək ki, daha əvvəl Naxçıvan Ali Məclisinin qapalı iclasının keçirilməsi barədə məlumat yayılıb.
Vasif Talıbov 1995-ci ilin dekabr ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışıb.