27 yaşlı fotoqraf Mamoş Hüseynov vəfat edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.
Onların sözlərinə görə, M. Hüseynov xərçəng xəstəliyindən əziyyət çəkirdi. Bir müddət əvvəl müalicəsi üçün yardım toplanan fotoqraf Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasında müalicə alıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. O, ötən gün müalicə aldığı tibb müəssisəsində dünyasını dəyişib.