Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SOSİAL

Milli Gəlirlər Baş İdarəsinə yeni rəis təyin olundu

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə yeni rəis təyin olunub. Simsar.az  Report-a istinadla xəbər verir ki, bu vəzifə Fərhad Quliyevə həvalə edilib.

O, bu təyinata qədər "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) sədrinin strateji inkişaf, investisiya layihələri və logistika üzrə müavini olub.

F.Quliyevə qədər Baş İdarənin rəisi vəzifəsini isə müvəqqəti olaraq bu idarə rəisinin 1-ci müavini Elçin Ağakişiyev icra edib. Xatırladaq ki, F.Quliyev 1981-ci ildə Bakı şəhərində anadan olub, 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsinin magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib.

O, Əmək fəaliyyətinə 2002-ci ildə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq daşıma şirkətində planlaşdırma və logistika şöbəsində mütəxəssis kimi başlayıb, 2003-cü ildə isə həmin şöbənin rəisi təyin edilib, 2004-cü ildən dünyada tanınmış beynəlxalq audit və konsaltinq şirkətinin Azərbaycan və ABŞ ofislərində çalışıb, 2012-ci ildən şirkətin Azərbaycan üzrə konsaltinq xidmətlərinin rəhbəri olub.

F.Quliyev ölkə prezidentinin 22 iyul 2014-cü il tarixli sərəncamı ilə ASCO sədrinin müavini təyin edilib.






23 May, 2022  10:04 Baxılıb: 5919 Çap

Bu bölmədə

18 Noyabr, 2024
Sabah qar yağacaq

XƏBƏR LENTİ
18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55