Ümid Şirinov 2 dekabr 1997-ci ildə Bakıda anadan olub. 2004-2015-ci illərdə Bakı Atatürk Liseyində təhsil alıb. 2015-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Türkiyənin Hacettepe Universitetinə daxil olub. 2015-2019-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb.
11 yaşında Ümid peşəkar karyerasına Natiq Ritm Qrupunda başlayıb. Bu qrupla bir çox ölkələrə səyahət edib. O, Natiq Ritm Qrupunun yaradıcısı atası Natiq Şirinovla Azərbaycanın və dünyanın bir çox mühüm səhnələrində çıxış edib. Onun atasından ilhamlanaraq nağarada etdiyi ifaları dünyada və Azərbaycanda bir çox tamaşaçılar tərəfindən yüksək qiymətləndirilir və sevilir. Sonrakı illərdə daha çox bilik əldə edib, ifaçılıq bacarığını təkmilləşdirib. Ümid nağarada özünü 4-ə (2 əl və 2 ayaq) bölmək bacarığı ilə tamaşaçıları heyran edir. Nağarada kiçik barmaq ilə ifa etmək texnikasını ilk dəfə Ümid Şirinov tətbiq edib.
2008-ci ildən Ümid Şirinov atası Natiq Şirinov və qrupu ilə birlikdə Tayland, Tayvan, Koreya, Malayziya, ABŞ, BƏƏ, Türkiyə, Polşa, Gürcüstan, İtaliya, İran, Hindistan, Qazaxıstan, İsveçrə ,Norveç, Almaniya Rusiya, Özbəkistan, Avstriya, Macaristan, Fransa və digər ölkələrdə beynəlxalq festivallarda çıxış edib. Royal Belum World Drums Festival, The Spirit of Tengri Festival, One Caucasus Festival, Transskaukazja Festival, Montrö Caz Festival, Maha Shivrati Festival, Udaipur World Music Festival bunlardan bəziləridir.
2011-ci ildə Ümid Geumsan World Percussion Performance Art Festival müsabiqəsində uğurla iştirak etmişdir. Onlar 1-ci yerə layiq görülüb və Qran Pri Mükafatını vətənə gətiriblər
“Ümid” Dövlət Rəqs Ansamblı və “Natiq Ritm” qrupu ilə birlikdə 2008-ci ildə Türkiyə və Serbiyada “Eurovision” mahnı müsabiqəsinin dəstək konsertlərinin möhtəşəm açılışında çıxış edib. İsveçrədə Azərbaycan Dövlət Kamera Orkestri ilə Azərbaycan Mədəniyyəti günündə, 2010-cu ildə Norveçdə Eurovision 2010 Party də çıxış ediblər. Onlar 2012-ci ildə Azərbaycanda keçirilən Eurovision Mahnı Müsabiqəsinin Açılış və Bağlanış Mərasimində çıxış ediblər. 2015-ci ildə onlar birinci Avropa Oyunlarının Açılış Mərasimində çıxış ediblər. 2015-ci ildə Macarıstanda keçirilən WOMEX musiqi festivalında Azərbaycanı təmsil ediblər. 2016-cı ildə qrup FIA Formula 1 dünya çempionatında çıxış edib. 2017-ci ildə onlar İslam Həmrəyliyi Oyunlarının Açılış Mərasimində çıxış ediblər.
2018-ci ildə Kraliça Yelizavetanın 75 illik yubileyində Ümid Şirinov atası Natiq Şirinov və qrupu ilə birlikdə bu tədbirdə çıxış edib.
2008-ci ildə Misirli Ahmet, 2012-ci ildə Rihanna və 2015-ci ildə atası Natiq Şirinovla birlikdə Sami Yusuf, Steven Seagal, Abbos Kosimov, Harem Group və Mohsen Şərifyanla səhnəyə çıxıb.