Müasir azərbaycan yazıçısının sayca 6-cı kitabına 12 hekayə daxildir. Onlardan 6-sı doğma Azərbaycana həsr olunub. Lalə Umud uzun müddətdir özünü parlaq hekayə yazarı kimi təsdiqləyib. Onun hekayələrində sanki müəllif oxucu ilə rahat şəkildə söhbət edir. Nəql edir, məsləhət verir, ən məhrəm duyğuları bölüşür.
“Zəngçiçəkləri mövsümü” həyatın yeni mərhələsini – başlanğıcı, qələbəni, qurub-yaratmaq zamanını, hazırda yaşadığımız gözəl dövrü təcəssüm etdirir. Kitaba eləcə də yaxın zamanda işıq üzü görəcək “Xarı bülbül gül açanda” toplusundan hekayələr daxildir. Baş qəhrəmanların əzablarını göz yaşları olmadan oxumaq mümkün deyil. Bunlar azərbaycanlı ilə ailə qurduqdan sonra yeni vətəni Kəlbəcər olan rusiyalı antropoloqun, doğmalarını Laçında itirən istedadlı pianoçu qızın və öz doğum gününda qarlı Xocalıdan qaçan balaca Reyhanın hekayələridir.
Oxucunu adət-ənənələrlə təngə gətirməyən müəllif milli koloriti çox yaxşı çatdırır. Doğma diyarın təbiətinin gözəlliyini peşəkarcasına, əsl ustad kimi bir neçə cümlədə təqdim edir.
Təqdimatda təqdim edilən ikinci kitab azərbaycan dilinə tərcümə edilmiş “İntuisiya”dır. Kitab oxucular arasında geniş rezonans yaradıb və yüksək qiymətləndirilib. Burada günümüzdə kifayət qədər aktual olan mövzuda – narkomaniyanın inadkar caynaqlarına tuş gələn insan haqqında qələmə alınan “Cəhənnəmə gedən yolu necə tapdım” hekayəsini vurğulamaq lazımdır. Qeyd edək ki, hekayə real hadisələr əsasında qələmə alınıb. Balaca oxucuların ixtiyarına verilən üçüncü kitab isə Kirpiciklə Şirinciyin nağıllarıdır. Möcüzəvi meşədə yaşayan mehriban heyvanlar həmişə bir-birinə kömək etməyə hazırdırlar.
Müəllifin sözlərinə görə kitablarındakı nikbin əhvala, xoş ovqata, aşılanan ümidə görə pandemiya zamanı çətinliklə üzləşən yetkin nəsildən xeyli minnətdarlıq əldə edib.
Eynilə “İntuisiya” kimi “Zəngçiçəkləri mövsümü”nün də illüstrasiyaları fransız əsilli azərbaycanlı rəssam Nigar Nərimanbəyovaya məxsusdur.