Bir yaşlı Səid amansız xəstəliklə mübarizə aparır. Səid Qismət oğlu Namazov beta talassemiyadan əziyyət çəkir. Balaca Səidin müalicəsi üçün ailəsi əldə olan bütün imkanlarından yararlansalar da, bu xəstəliklə mübarizə aparmaq artıq onların imkanları xaricindədir.
Səidin anası Səidə Ələkbərovanın bildirdiyinə görə, indi azyaşlının bahalı sümük iliyi transplantasiyasına ehtiyacı var. Bu isə onminlərlə vəsait tələb edən olduqca bahalı və yalnız ölkə xaricində baş tutan əməliyyatdır.
Səidə yardım üçün xüsusi “Instagram” səhifəsi yaradılıb, onun üçün hesab açılıb və xeyirxah, imkanlı insanlardan yardım gözlənilir.
Bir yaşlı körpəyə yardım etmək üçün fotolarda qeyd olunmuş bank hesabına, göstərilmiş bank kartına vəsait köçürə bilərsiniz.
Bundan başqa, əlavə məlumat əldə etmək üçün “Instagram” səhifəsi ilə tanış ola, valideynləri ilə əlaqə saxlaya bilərsiniz: +994 77 615 10 14
Gəlin unutmayaq ki, bir uşağı xilas etmək, bir cəmiyyəti xilas etməkdir.