Bu il böyük sənətkar, Xalq artisti Şövkət Ələkbərovanın 100 yaşı tamam olacaq. Bu münasibətlə sənətkarın tələbəsi Xalq artisti Aybəniz Haşımova ürək sözlərini Simsar.az- a bildirib.
Ustad! 100 il, nə tez kecdi? Mən də sizinlə yaşlandım hec xəbəriniz oldumu? Sizinlə ilk tanışlığımda 12 yaşında yeniyetmə bir qız idim. İllər ötdü, necə ki, arzulayıb öz sinfinizdə məni müəllimliyə də öyrətdiniz. Bax, o sinfi artiq 24 ildir davam etdirib yeni səslərin musiqimizə gəlməsinə, sizin nəfəsinizi, sehrli melizmlərinizi, oxu tərzinizi nəğmələrə köcməsilə, sizin təkrarsız məktəbinizin yaşanması ücün bütün ruhumla, qanımla, sönməz sevgimlə musiqimizə xidmət edir, onun inkişafı naminə əlimdən gələni əsirgəmirəm. Qarşıda isə,100 illik yubileyiniz gəlir. Oktyabrın 20-də 100 yaşınız tamam olacaq, ustad! Siz bu dəfə sənətinizin zirvəsi kimi göylərdən bizi seyr edib öz alqışınızı göndərəcəksiniz. Buna əminəm. Cünki sizi yaşadan təkrarsız ifalarınızın sədaqətli tamaşacısı və sizi hər zaman layinqincə dəyərləndirib öz sevgi ağuşuna alan dövlətimiz var. Yaxşı xatırlayıram. Ulu öndər Heydər Əliyev ikinci dəfə təkrar Azərbaycanın rəhbəri kimi ölkyə dəvət olunanda, ilk işlərindən biri Şövkət xanımın coxdan gözlədiyimiz ancaq reallaşmayan barelyefinin yaşadığı binanın qarşısına vurulmasını gerçəkləşdirmək oldu. Şövkək xanımın adına Bakının gözəl kücələrindən birini verdi. Şövkət Ələkbərova adına iki musiqi məktəbi, bütün regionlarda yubileylərinin qeyd edilməsi, musiqi müsabiqələri, haqqında kitab yazılmasının sərəncamlarını verdi.
Bir sənətkar ücün bundan böyük səadət ola bilərmi?!