Dağıntılar altından çıxarılan hamilə qadın körpəsi ilə birgə öldü - Video
Xəbər verdiyimiz kimi, martın 9-u Ukraynanın Mariupol şəhərində doğum evi və uşaq xəstəxanasının Rusiya tərəfindən aviazərbəyə məruz qalması nəticəsində 17 nəfər yaralanıb.
“Qafqazinfo”nun “Ukrainskaya pravda” nəşrinə istinadən məlumatına görə, zərbə zamanı yaralanan hamilə qadınlardan biri həlak olub. Ananın bətnində olan körpə də sağ qalmayıb.
“Amerikanın səsi”nin jurnalisti Asya Dolinanın sözlərinə görə, həmin qadın hücumdan sonra xərəkdə daşınarkən çəkilən fotosu ilə dünyanın gündəminə gəlmişdi.
Xatırladaq ki, Mariupol şəhərində xəstəxananın bombardman edilməsindən sonra təxliyə olunarkən fotosu dünyada yayılan digər bir hamilə qadın - bloqer Marianna Podqurskaya martın 11-i ana olmuşdu. Onunla qızının vəziyyətinin yaxşı olduğu bildirilirdi.