"Novruz Bayramı ərəfəsində əfv sərəncamının olması gözlənilmir”. Oxu.Az-ın məlumatına görə, bunu Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib.
O qeyd edib ki, əfv sərəncamının verilməsi Prezident İlham Əliyevin səlahiyyətində olan məsələdir: “Proses davamlıdır. Ərizələr alınır, arayışlar hazırlanır”.
“Ümid edirik ki, qarşıdakı aylarda Əfv sərəncamı ola bilər”, - deyə o əlavə edib.