“İlkin məlumata görə, Luqansk vilayətində 5 təyyarə və 1 Rusiya helikopteri vurulub”.
Simsar.az xəbər verir ki, bu barədə Ukrayna Quru Qoşunları Komandanlığı məlumat yayıb.
Bildirilir ki, zərərsizləşdirilənlər arasında Su-24 təyyarəsi də var. Həmçinin Şastya ərazisində Rusiya Federasiyasının iki tankı və bir neçə yük maşını məhv edilib.
Rusiya Müdafiə nazirliyinin bəyanatında isə Ukrayna sərhədçilərinin rus bölmələrinə heç bir müqavimət göstərmədiyi bildirilir:
“Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə vasitələri sıxışdırılıb. Ukrayna silahlı qüvvələrinin hava bazalarının hərbi infrastrukturu sıradan çıxıb”.