Tanınmış ilahiyyatçı Hacı İlqar İbrahimoğlu sərbəst buraxılıb. Bu barədə özü məlumat verib.
Dünən saxlanılan İ.İbrahimoğlu şahid qismində dindirildikdən sonra gecə saatlarında sərbəst buraxılıb. O bildirib ki, xüsusi xidmət orqanında onunla çox peşəkar davranıblar və araşdırılan mövzu ilə bağlı sualları cavablandırıb.