Allahın adıyla ... Qədir Xum günü təkcə İmamət və Vilayət günü deyildir. O , həmçinin Allah günü , Peyğəmbərlik günü və eyni zamanda da insanlıq günüdür. Ona görə Allah günüdür ki, bu gündə Allahın Əhkəmul-Hakimin sifətinin yer üzərinə Qiyamətə qədər təcəlla edən günüdür. Çünki yalnız və yalnız günahlardan uzaq olmaqla yanaşı , elmi Allahdan olan , mələkut aləminin sirrlərinə vaqif olan insan , Allahın iradə və istəyini yer üzərində yaşada bilər. (Beləliklə biz , İbrahimə yerin və göylərin mələkutini göstərdik ki, yəqin əhlindən olsun -Ənam/75) . ( P.S .Nə üçün İmama yerin və göylərin mələkutini bilmək şərtdir ? Bunu sonra inşaallah deyərik ). Ona görə Qədir Xum Peyğəmbərlik günüdür ki, bütün Peyğəmbərlərin (Allahın salamı olsun onlara) ən böyük iki çətinıiyi olubdur.
1. Sağlıqlarında Allahdan gətirdiyi dini insanlara çatdırmaq və insanların o dinə və şəriətə iman gətirməsi.
2. Vəfat edəndən sonra gətirdikləri din və şəriətin izah və bəyan olunması , qorunub və saxlanılması.
Əgər ikinci olmasa , birincinin böyük əhəmiyyəti yoxdur. Deməli, İmamət və Vilayət Peyğəmbərliyin qayəsini yaşadandır. Qədir Xum həmçinin ona görə insanlıq günüdür ki, bu günün əsl mahiyyətilə insan həqiqi səadət və xoşbəxtliyə yetişə bilər. Allah gününüz , Peyğəmbərlik və İmamət gününüz və həmçinin İnsanlıq gününüz mübarək olsun !