Simsar.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Cavid Zeynalov məlumat verib. Onun sözlərinə görə dünyanın heç bir yerində belə maxinasiya yoxdur: "Rabite Bank-ın Xətai filialında dünən hesaba pul qoymuşam, bu gün Səbayıl filialından çıxartmaq istəyəndə 35 manat xidmət pulu aldılar :)) Əziz "Rabitə bank" rəhbərliyi, dünyanın heç bir yerində artıq belə şey qalmayıb, Səbayıl filial müdiri isə yanımda telefonla 20 dəqiqə "Sea Breeze"dəki evinin remontundan danışırdı, Gürcüstan ləhcəsində. Xeyirli olsun."