İndoneziyanın mərkəzi hissəsində 5,9 bal gücündə zəlzələ baş verib. “İnterfaks” xəbər verir ki, zəlzələ Gorontalo şəhərinin 190 km cənub-qərbində, Tomini körfəzində qeydə alınıb.
Həmçinin, yeraltı təkanlar Sulavesi adasının sahillərindən təqribən 30 km məsafədə olub.
Bununla yanaşı, zəlzələ təkanların intensivliyi baxımından “dağıdıcı” olaraq qiymətləndirilib.(qafqazinfo)