Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SOSİAL

Sabahın hava proqnozu AÇIQLANDI

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyunun 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-23 isti, gündüz 28-33 isti, Bakıda gecə 21-23 isti, gündüz 31-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70 faiz, gündüz 40-45 faiz olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti

Mülayim şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu:

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 21-22 dərəcə isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 22-23 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

İyunun 16-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

İyunun 16-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Səhər saatlarında bəzi yerlərdə dumaolacaqn. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23 isti, gündüz 32-37 isti, dağlarda gecə 10-15 isti, gündüz 20-25 dərəcə isti olacaq.






15 İyun, 2021  12:40 Baxılıb: 3609 Çap

Bu bölmədə

18 Noyabr, 2024
Sabah qar yağacaq

XƏBƏR LENTİ
18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55