Təsisçisi tanınmış iş adamı Fərhad Əhmədov olan "Teymur Əhmədov adına Aznar QSC"-nin tabeçiliyində olan "Grante trading" şirkətində işləyən işçilərin maaşları 4 aydır verilmir.
Demokrat.az xəbər verir ki, dövlətə maddi yardım etdiyi bildirilən şirkətdə işdən çıxan işçilərin belə maaşları verilmir. Hətta bəzi işçilərin maaşları onların razılığı olmadan azaldılır.