ABŞ-da vəfat edən Gənclər və İdman naziri Azad Rəhimovun nəşi artıq Bakıya gətirilib. Unikla.org-un məlumatına görə, A. Rəhimov sabah dəfn ediləcək.
xxx
Xəbər verdiyimiz kimi, Gənclər və İdman naziri Azad Rəhimov ABŞ-da müalicə olunduğu klinikada dünyasını dəyişib.
Unikal.org-un əldə etdiyi məlumata görə, A.Rəhimovun nəşi bu gecə Bakıya gətiriləcək. Nazirin cənazəsinin ölkəmizə gətirilməsi üçün müvafiq sənədləşmə işləri aparılır.
Qeyd edək ki, Azad Rəhimov 1964-cü il oktyabrın 8-də Bakı şəhərində anadan olub. O, 2006-cı ildə Gənclər və İdman Naziri vəzifəsinə təyin edilmişdi.
Xatırladaq ki, A.Rəhimov ağciyər xərçəngi və qaraciyər serrozundan əziyyət çəkirdi.