Yevlaxın ən böyük təhsil ocaqlarından biri olan - 7 saylı orta məktəbdə dərslər distant formaya keçirilib.
Yeniavaz.com xəbər verir ki, təhsil ocağında bir müəllim və bir laborantda koronovirus testi müsbət çıxdığından əyani tədris dayandırılıb. Dahi Nizami Gəncəvinin adını daşıyan orta məktəbdə 1185 şagird təhsil alır, 131 müəllim isə həmin şagirdlərə dərs tədris edir. Yevlax rayon Təhsil Şöbəsinin məsləhətçisi Ümidvar Məmmədov bildirib ki, orta məktəbdə dərslər 2 həftə ərzində distant formada keçiriləcək: "Aprel ayının 8-dən etibarən dərslər distant tədrisə keçirlib. Bu səbəbdən ki, 2 nəfər pedoqoji heyətdə koronovirusa yoluxma faktı qeydə alınıb. Bundan sonra məktəbdə dezinfeksiya işləri aparılıb. Hazırda distant olaraq dərslər davam etdirilir".
Yevlax rayon Təhsil Şöbəsinin məsləhətçisi bildirib ki, rayonda fəliyyət göstərən orta məktəb müəllimlərinin vaksinasiya işləri də sürətə davam edir. Bu günə qədər təhsil işçilərinin böyük əksəriyyəti koronovirus əlehinə peyvənd edilib.