Mübarək Rəcəb ayı ümid ayıdır. Ümid ümidsizlikdən doğur. Özündən ümidsiz olmayan insan Allaha ümidvar ola bilməz. Bütün xeyirlərin açarı “mən”-dən azad olmaqdadır. Həzrət Musaya(ə) vəhy olundu: “Şeytana tərəf get, sənə nəsihət etsin”. Musa təəccüb etdikdə ona deyildi ki, şeytan da olsa ondan öyrəniləsi şeylər var. Musa(ə) şeytandan nəsihət istədikdə ona sadə bir cümlə dedi: “Mən” demə ki, mənim kimi olmayasan”.
قَالَ أَنَا خَيْرٌ مِّنْهُ
( Şeytan) dedi: “ Mən ondan üstünəm”
Sad sürəsi, 76-cı ayə.