“Barselona”nın futbolçusu Lionel Messi komanda ilə birlikdə məşqlərə başlayıb. “Qafqazinfo” xəbər verir ki, klub sentyabrın 7-dən hazırlıqlara start verib.
Qeyd edək ki, “Barselona”dan ayrılmaq istədiyini bildirən Lionel Messi məhkəmə məsələsinə görə qərarını dəyişib. O, müqaviləsinin bitəcəyi 2021-ci ilin yayınadək komandada qalacağını açıqlayıb.