8-18 sentyabr tarixilərində aparılan təmir işləri ilə əlaqədar olaraq Mirəli Qaşqay küçəsinin Süleyman Rəhimov və Şamil Əzizbəyov küçələri arasında yerləşən hissəsində hərəkət məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Yeniavaz.com-a bildirilib ki, sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
AAYDA yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.