Xəbər verdiyimiz kimi, dünən Bakının Nəsimi rayonu, Mövsüm Sənani küçəsində kran doqquzmərtəbəli yaşayış binasının və avtomobillərin üzərinə aşaraq həm insan itkisinə səbəb olub, həm də daşınmaz əmlaka ziyan vurub. Bəzi saytlarda kran aşan tikinti ərazisinin Sipark İnşaata aid olduğu bildirilən xəbərlər dərc olunub. Məsələ ilə bağlı şirkətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən İradə Nurəddinqızı ilə əlaqə saxlayaraq münasibət öyrəndik. Onun sözlərinə görə sözügedən saytlarda yazılan xəbərlər həqiqəti əks etdirmir.
"Kran aşan tikinti ərazisi Sipark İnşaata aid deyil. Hadisə baş verən andan bütün informasiya agentlikləri, ciddi xəbər portalları və rəsmi qurumlar bildirib ki, hadisə “Qarant İnşaat 2012” MMC tərəfindən inşa olunan hündürmərtəbəli yaşayış binasının tikinti ərazisində baş verib. Aşan kran isə “Kran Group” MMC-yə məxsusdur." İ.Nurəddinqızı onu da bildirib ki, saytlar yanlış xəbərlə bağlı təkzib də verib.
Simsar.az